пятница, 14 февраля 2014 г.

Çirkli Havanın Fəsadları




Əksər hallarda insanlar çirkli havaya görə onkoloji xəstəliklərə yaxalanırlar. 
 
Onkoloji Xəstəlikləri Öyrənmə Beynəlxalq Agentliyinin (IARC) yeni hesabatına görə, insanların xərçəng xəstəliyinə tutulmasının əsas səbəbi çirkli havadır.
 
ANN.Az-ın Rus mətbuatına istinadən verdiyi xəbərə görə, kanserogenlə zəngin çirkli havaya görə, 2010-cu ildə 223 min insan ölüb. Bu məsələdə ən ağrılı vəziyyət Çin və Hindistandadır. 
 
"Asiyada, Cənubi Amerikada, inkişaf etməkdə olan ölkələrdə xəstəliyə yaxalananların sayı durmadan artır. Çində havanın çox çirkli olmasına görə vəziyyətin bərbad olması hər kəsə məlumdur. Bir çox ölkələr oxşar problemlərə qarşılaşırlar. Amma bunu artıq hamı dərk eləməlidir ki, planetimizdəki hava hamıya məxsusdur və onun təmizliyinin qayğısına hər kəs qalmalıdır", -  bu sözləri "BMT Radiosu"na müsahibəsinə IARC-ın nümayəndəsi Dana Lumis deyib. 
 
Avropada havaya çirkli maddələrin buraxılmasına görə, Polşa və Bolqarıstan liderdir. Fransada da təhlükəli vəziyyət var, burada 100 min kişi xərçəng xəstəsidir. Əksər hallarda, xərçəng xəstəliyinə 50 yaşı keçən insanlarda rast gəlinir. Hər il 60 milyon insan xərçəng xəstəliyinə yaxalanır. 

Комментариев нет:

Отправить комментарий