пятница, 14 февраля 2014 г.


Atmosferin çirklənməsi
Atmosferə vulkan püskürmələri, canlıların tənəffüsü, yanacaqların yandırılması, bakteriyaların fəaliyyəti, çürümə prosesləri nəticəsində karbon, dəm qazı,  kükürd qazı, və onun törəmələri, azot birləşmələri və oksidləri, ağır metalların oksidləri, və s. daxil olur. Bu maddələr sonradan fiziki- kimyəvi proseslərə məruz qalaraq ikinci qrup atmosfer çirkləndiricilərini, aerozolları, turşuları və s. əmələ gətirir. Atmosfer çirklənmələri iqlimin dəyişməsinə, Günəş şüalarını axın sürətinə, tərkibinə, onun Yer səthində əks olunmasına, atmosferdə gedən bütün təbii proseslərin dinamikasına və nəhayət atmosfer çöküntülərinin tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin normal inkişafına mane olurlar.
Atmosfer havasının ilkin təbii tərkibini dəyişən hər bir əlavə komponent hava hövzəsi üçün çirkləndirici hesab olunur. Əgər havanın ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə , onda hava təmiz hesab olunur.  Təmiz quru havanın tərkibi aşağıdakı cədvəldə verilir.
Respublikamızda atmosferin çirklənməsi sənaye şəhəri olan Bakı və Sumqayıtda daha çox müşahidə olunur. Bu şəhərlər üzrə atmosfer tullantılarının 66,1%-i Bakının , 4,5 %-i isə Sumqayıtın payına düşür. Bakı və Sumqayıt şəhərlərində atmosferin əsas çirklənmə mənbələri nəqliyyat və  enerji sektorlarıdır. Bundan başqa neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəssələr də əsas mənbələr hesab oluna bilərlər.
Cədvəl 1: Təmiz və quru havanın tərkibi
Komponentlər
Kimyəvi işarəsi
Quru hava şəraitində həcm
üzrə qatılıqlar,%
Oksigen
O2
20.93
Azot
N2
78.10
Arqon
Ar
0.9325
Karbon qazı
CO2
0.03-0.04
Hidrogen
H2
0.01
Neon
Ne
0.0018
Helium
He
0.0005
Kripton
Kr
0.0001
Ksenon
Xe
0.000009
Ozon
O3
1×10-6
Radon
Ra
6×10-8

Çirkləndiricilər havada toplanaraq, dumanla birləşir, insana və bütün canlı orqanizmlərə öldürücü təsir göstərən “fotokimyəvi duman” və ya “smoq” adlanan qarışıq əmələ gətirir.
“Smoq” aşağıdakı tullantıların qarışığından əmələ gəlir
  • azot oksidləri (monooksid NO və dioksid NO2);
  • karbon qazı (CO2), karbon oksid (CO);
  • kükürd qazı (kükürd –4oksid SO2);
  • qurğuşun birləşmələri;
  • toz və his
Havada iki cür smoq yarana bilər:
  • duman və qaz tullantılarının qarışığı olan sıx duman;
  • yüksək qatılıqlı zəhərli qazların və aerozolların yaratdığı örtük.
Aşağıdakı cədvəldə (cədvəl 2) atmosferdə olan çirkləndirici maddələrin Yol Verilə Bilən Qatılığı (YVQ) göstərilmişdir. YVQ dedikdə qatılığının elə bir yuxarı həddi başa düşülür ki, həmin hədd və ondan aşağı qatılıqlar ətraf mühitdə heç bir fəsad törətmir. Dövlət sənədlərində bu zərərli maddələrin məhdudlaşdırılmış normativ ( YVQ )qiymətləri mövcuddur və mütləq bu qiymətlərə əməl olunmalıdır. Bu məhdudiyyət norması YVQ adlanmaqla, o hədd hesab olunur ki, həmin həddədək uzun müddət zərərli maddə ilə təmasda olan canlı orqanizmdə patoloji dəyişiklik baş verməsin.Əgər zərərli maddə ətraf mühitdə daha az miqdarda olduqda belə insan orqanizminə təsir edərsə , belə halda norma kimi həmin az qatılıq YVQ sayılır. Maksimum birdəfəlik YVQ həddi atmosfer çirkləndiricilərinin qısa müddətli təsirində insanın reflektor reaksiyalarının (iy, dad ) başlanması anında müəyyən olunur. .
Orta sutkalıq YVQ isə insan orqanizminə təsir edən ümümi zəhərli , kanserogen və başqa cür təsir edən zərərli maddələr üçün müəyyən olunur.
Zərərli maddələrin qatılığı
Təbii havanın tərkibini dəyişən, yəni onu çirkləndirən hər bir komponentin miqdarı kütlə (ck) və həcm qatılıqları (ch) ilə ifadə olunur.
Həcm qatılığı – havanın vahid həcmində çirkləndirici komponentin tutduğu həcmi (sm3) göstərir. Ölçü vahidi – sm3/m3.
Həcm qatılığı temperaturdan və təzyiqdən asılı deyil. Həcm qatılığı verilmiş şəraitə uyğun hesablanır.
Kütlə qatılığı – çirkləndirici komponentin 1 mhavada olan milliqramla miqdarını göstərir. Ölçü vahidi – mq/m3.
Kütlə qatılığı təzyiqdən və temperaturdan asılıdır. Onun qiyməti normal şəraitə uyğun (t = 00C, P = 0.1013 MPa) olaraq aşağıdakı kimi hesablanır:
ckn- havanı çirkləndirən komponentin normal şəraitə gətirilmiş kütlə qatılığıdır, mq/m3;
ck –havanı çirkləndirən komponentin hər hansı temperatur və təzyiqdə olan kütlə qatılığıdır,mq/m3; th,Ph -uyğun olaraq havanın temp

Cədvəl 2:
Çirkləndirici maddələrin atmosfer havasında YVQ-ı,mq/m3
Maddə
Maksimum birdəfəlik YVQ
Orta sutkalıq
Azot 4-oksid
0,085
0,04
Azot 2- oksid
0,4
0,06
Akrolein
0,03
0,03
Ammonyak
0,2
0,04
Aseton
0,35
0,35
Benz(a) piren
-
0,1mkq/100m3
Benzol
1,5
0,1
Asılı maddələr(toz)
0,5
0,05
Hidrogen xlorid
0,2
0,2
Hidrogen sianid
-
0,01
Kadmium
-
0,001
Sulfat turşusu
0,3
0,1
Ksilol
0,2
0,2
Manqan və onun birləşmələri (MnO-dan başqa)
0,01
0,01
Mis
-
0,002
Metilmerkaptan
0,000009
-
Metallik nikel
-
0,001
Ozon
0,16
0,03
Piridin
0,08
0,08
Sement tozu
0,3
0,1
Metallik civə
-
0,0003
His
0,15
0,01
Qurğuşun və onun birləşmələri (tetraetil qurğuşundan başqa)
-
0,0003
Hidrogen sulfid
0,008
-
Karbon sulfid
0,03
0,005
Kükürd 4 oksid
0,5
0,05
Metil spirti
1,0
0,5
Toluol
0,6
0,6
Trikrezol
0,005
0,005
Karbon 4 oksid
5,0
3,0
Fenol
0,01
0,003
Formaldehid
0,035
0,003
Hidrogen flüorit
0.02
0,005
Çətin həll olan qeyri-üzvi Flüoritlər
0,2
0,03
Furfurol
0,05
0,05
Maddə
Maksimum birdəfəlik YVQ
Orta sutkalıq
Xlor
0,1
0,03
Altı valentli xrom(CrO-də hesablanmış)
0,0015
0,0015
Sink oksidi (sinkə hesablanmış)
-
0,05
Etilbenzol
0,02
0,02

Cədvəl 3. Azərbaycan Respublikasında "QOST 2874-82-İçməli su"
standartlarına əsasən gigiyenik normalar, YVQ mq/l.
Sıra
Cöstəricilərin adı
Normativ
1
Mikroorqanizmlərin sayı,1 mlsuda
100
2
Bağırsaq çöpləri bakteriyalarına aid olan qrupların sayı(koli-indeks) 11-lik suda
3
3
Qalıq alüminium(Al),
0,5
4
Berillium,(Be)
0,0002
5
Molibden(Mo),
0,25
6
Arsen(Ar),
0,05
7
Nitratlar(NO3)-
45,0
8
Poloakrilamid qalığı
2,0
9
Qurğuşun (Pb)
0,03
10
Selen(Se)
0,001
11
Stronsium(Sr)
7,0
12
Flor

I və II iqlim rayonları
1,5
III «-»
1,2
IV «-»
0,7
16
Hidrogen göstəricisi, pH
6,0- 9,0
17
Dəmi r( Fe)
0,3
18
Ümumi codluq ,mq.ekv/l
7,0
19
Manqan (Mn)
0,1
20
Mis (Cu2+)
1,0
21
Polifosfat qalıqları (PO4-3)
3,5
22
Sulfatlar (SO42-)
500
23
Quru qalıq
1000
24
Xloridlər (Cl-)
350
25
Sink (Zn2+)
5,0
26
20 0C-dərəcədə qoxu və 60 C-dək qızdırıldıqda
2
27
Dad və tam 200C-də
2
28
Rənglik, dərəcələri
20
29
Standart şkalaya görə bulanıqlıq
1,5
30
Sərbəst xlor
0,3-0,5
31
Birləşmiş xlor
0,8-1,2
32
Suda həll olmuş oksigen
Qışda
4,0
yayda
6,0







Cədvəl4
Çirklənrici
Çirkləndiricinin mənşəyi
Maksimum birdəfəlik YVQ, mq/m3
Orta YVQ, mq/m3
Toz(asılı maddələr)
Bakı və Sumqayıtda atmosferə atılan tozun 82,7 %-i inşaat materialları istehsalı müəssələrinin payına düşür.
0,5
0,05
Kükürd qazı (SO2
Atmosferə atılan kükürdün 55%-i neft və neft məhsullarının payına düşür.
0,5
0,05
Karbon qazı(CO2)
Atmosferdəki karbon qazı bitkilər tərəfindən fotosintez prosesində mənimsənilərək karbohidratların sintezinə sərf olunur.
Normativ yoxdur
Normativ yoxdur
Dəm qazı (CO)
Əsasən maşınlarda benzin mühərriklərindən ətraf mühitə daha çox yanmamış karbohidrogenlər, onların tam yanmamış oksidləşmə məhsulları ( karbon -2 oksid-dəm qazı, və aldehidlər daxil olur. )
5,0
3,0
Azot 4-oksid (NO2)
Hər ikisinin atılan 81% miqdarı əsasən neft və neft məhsullarının payına düşür.
0,085
0,04
Azot 2 oksid(NO)
0,4
0,06.
Qurğuşun-Pb(tetraetil qurğuşundan başqa)
Əsasən avtomobillər vasitəsilə atmosferi çirkləndirir. Qurğuşun və onun birləşmələri əsasən avtomobillərdə benzinin oktan ədədini yüksəltmək üçün onun hər litrinə 1q-a qədər əlavə edilən tetraetil qurğuşunun oksidləşməsi hesabına əmələ gəlir. Bu birləşmənin uçuculuğunu artırmaq üçün benzinə xüsusi aşqarlar (məsələn ,dibrometan )qoşulur ki, bu da ətraf mühitdə halogenidlərin yayılmasına səbəb olur.
-
0,0003
yerüstü ozon –O3
Oksigen atmosferin yuxarıqatlarında allotropik modifikasiya edərək aşağıdakı reaksiya üzrə ozona çevrilir.
3O2=2O3
Əsas əhəmiyyəti ondan ibarətdir ki,o bütün canlılar və xlorofilla üçün öldürücü təsirə malik atmosferə daxil olan qisa dalğa uzunluqlu (0, 22-0, 29mkm) ultra bənövşəyi şüaları udur.
0,16
0,03





Комментариев нет:

Отправить комментарий